Avropa Parlamentinin üzvləri plenar iclasda səs çoxluğu ilə Ukraynaya 5 milyard avro həcmində makromaliyyə yardımının ikinci tranşının verilməsi üçün təcili prosedurun tətbiqini dəstəkləyiblər.
Bu məsələ ilə bağlı səsvermə sentyabrın 15-də keçirilməlidir.
Xatırladaq ki, iyulda Avropa İttifaqı (Aİ) Ukraynaya, təxminən, 9 milyard avroluq maliyyə yardımını təsdiqləyib. Amma Ukraynaya indiyədək yalnız 1 milyard avro göndərilib.