Avropa Parlamentinə seçkilər gələn ilin 6-9 iyun tarixlərində keçiriləcək.
Bu barədə İsveçin Aİ Şurasındakı nümayəndəliyi “Twitter“də yazıb.
Məlumata əsasən, seçkilər Avropa İttifaqının (Aİ) bütün ölkələrində keçiriləcək.
Qeyd edək ki, 1979-cu ildə keçirilmiş ilk seçkilərdən keçən dövr ərzində gələn il Avropa Parlamentinə 10-cu seçkilər baş tutacaq və həmçinin bu, Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra keçiriləcək ilk seçki olacaq.