12 C
Baku
Thursday, December 5, 2024

Avropa Parlamentində korrupsiya: Sədr müavini daxil olmaqla dörd nəfər həbs edilib

Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs ediliblər.

Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Eyni zamanda, federal prokurorluq korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunanların adlarını açıqlamayıb, yalnız son 48 saat ərzində saxlanılan 6 nəfərdən dördünün barəsində həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb.

Prokurorluğun bəyanatına görə, ikinci Avropa deputatının evində axtarış aparılıb.

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

Son xəbərlər
Digər xəbərlər