“Rus qoşunlarının Ukrayna sərhədi boyunca və qanunsuz ilhaq edilmiş Krım ərazisində yerləşdirilməsi narahatlıq doğurur”.
Bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
“Gərginliyin de-eskalasiyası və Rusiyanın bir addım geri atmağı vacibdir. Onlar öz beynəlxalq öhdəliklərinə əməl etməlidir. Birgə bir-birimizi dəstəkləməli, sülhün möhkəmləndirilməsi istiqamətində çalışmalıyıq”, – deyə o vurğulayıb.