20 C
Baku
Sunday, May 26, 2024

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 39.6 mln. tonluq yük daşındı

2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627.4 min ton, yük dövriyyəsi isə 9 milyard 591.5 milyon ton-km olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Beləliklə, 2020-ci illə müqayisədə müvafiq olaraq 3 faiz və 3.6 faiz artım müşahidə olunmuşdur.

Yüklərin 21 606.6 min tonu və ya 54.5 faizi avtomobil nəqliyyatı, 13 462.8 min tonu və ya 34 faizi dəmir yolu nəqliyyatı, 4 558 min tonu və ya 11.5 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22.3 faizini və ya 8 826.3 min tonunu tranzit yüklər təşkil etmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər