9 C
Baku
Monday, November 18, 2024

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşınması artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30403 min ton, yük dövriyyəsi isə 7177.5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1.8 faiz və 2.9 faiz artım müşahidə olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabata əsasən, yüklərin 17037.2 min tonu və ya 56 faizi avtomobil nəqliyyatı, 9930.3 min tonu və ya 32.7 faizi dəmir yolu nəqliyyatı, 3435.5 min tonu və ya 11.3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21.9 faizini və ya 6654.1 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər