2022-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 858.3 min ton, yük dövriyyəsi isə 2 557.7 mln. ton/km olub. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6.7% və 6.3% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK-dan verilən məlumata görə, yüklərin 6 115.1 min tonu və ya 56.3%-i avtomobil nəqliyyatı, 3 507 min tonu və ya 32.3 faizi dəmir yolu nəqliyyatı, 1 236.2 min tonu və ya 11.4%i dəniz nəqliyyatı ilə daşınmışdır.
Komitədən bildirilir ki, dəhliz vasitəsilə daşınmış yüklərin 23.8%-ini və ya 2 585.3 min tonunu tranzit yüklər təşkil edib.