Cari ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 36.4 mln. ton, yük dövriyyəsi isə 8 mlrd. 675.7 mln. ton/km olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 20 mln. 129.7 min tonu və ya 55.3%-i avtomobil nəqliyyatı, 12 mln. 166.2 min tonu və ya 33.4%-i dəmir yolu nəqliyyatı, 4 mln. 106.5 min tonu və ya 11.3%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21.9%-ini və ya 7 mln. 962.4 min tonunu tranzit yüklər təşkil edib.