28 C
Baku
Saturday, July 13, 2024

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”.

Bunu Fransanın “TotalEnergies” şirkətinin rəhbəri Patrik Puyanne deyib.

Onun sözlərinə görə, qaz anbarları oktyabrda doldurulacaq: “Lakin Avropada qış soyuq keçərsə, qitədəki bu ehtiyatlar bütün qış mövsümü ərzində tələbatı ödəməyə kifayət etməyəcək. Nəticədə qaz daha baha qiymətə idxal edilməli olacaq. Hər şeyin tələb və təklifdən asılı olduğu bazarda dost qiymətlər yoxdur”.

Qeyd edək ki, Avropa hökumətləri qaz çatışmazlığının qarşısını ABŞ və Qətərdən dəniz yolu ilə daşınan bahalı mayeləşdirilmiş təbii qazla (LNG) alır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər