9 C
Baku
Wednesday, November 6, 2024

Avropa Rusiyanın dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanmaq istəyir

Avropa İttifaqı Rusiyanın Ukrayna üçün dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanacağını gözləyir.

Bu barədə Belçikanın Baş naziri Aleksandr de Kro məlumat verib.

“Belçika bu məsələyə daha çox cəlb edilib, çünki aktivlərin 90%-i burada dondurulub. Biz super mənfəətə diqqət yetiririk. Söhbət ildə əldə edilə biləcək 3 milyard avro məbləğindən gedir. Bu pulun alınma üsulu hüquqi cəhətdən sabit olmalıdır”-deyə, o bildirib.

Aİ liderləri hər sammitdə münaqişədən sonra Ukraynanın bərpası üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadənin mümkünlüyünü müzakirə edirlər, lakin bunun üçün hüquqi əsas tapa bilmirlər.

Son xəbərlər
Digər xəbərlər