2 C
Baku
Monday, March 4, 2024

Avropa Rusiyaya görə 90-dan çox şirkəti “qara siyahı”ya salacaq

“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə Moskvaya qarşı məhdudiyyətlərdən yayınmaqda kömək edən dünya üzrə 90-dan çox şirkəti daxil edəcək”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “ZDF” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin şirkətlərin səkkizi Çində qeydiyyatdan keçib.

“Biz sanksiyalardan yayınmanın dayandırılmasına ciddi yanaşırıq. Dünya üzrə 90-dan çox şirkətin sanksiyaları pozduqlarına, yəni sanksiyalara məruz qalan malları üçüncü ölkələr vasitəsilə birbaşa Avropa İttifaqından Rusiyaya çatdırdıqlarına dair sübutlarımız var. Onlar Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə daxil ediləcək”.

Son xəbərlər
Digər xəbərlər