18 C
Baku
Saturday, November 2, 2024

Avropa səfərbərlikdən qaçan rusiyalılara sığınacaq verir

“Aİ ölkələri Avropa dəyərlərini paylaşan Rusiya vətəndaşlarına viza verilməsini dayandırmayacaq”.

Bu barədə İspaniyanın xarici işlər naziri Manuel Albares bəyan edib.

“Tamamilə bağlanmamaq qərarına gəldik… Dilimizdə danışanların, bizə can atanların və bizim dəyərlərimizi paylaşanların hamısının aramızda yeri olmalıdır”, – deyə o bildirib.

Nazir İspaniyanın bu şəraitdə insanların krallığa daxil olmaq üçün viza ala bilməsinin tam tərəfdarı olduğunu vurğulayıb. Xüsusilə, Albaresin sözlərinə görə, söhbət jurnalistlərdən, hüquq müdafiəçilərindən və Ukraynadakı hərbi əməliyyatların əleyhdarlarından gedir.

Qeyd edək ki, bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qismən səfərbərliyə düşmək istəməyən Rusiya vətəndaşlarına humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib. Onun sözlərinə görə, Rusiyada bu səfərbərlik yeni fakt olduğu üçün tələsmək lazımdır. Mişel əlavə edib ki, o, bu təşəbbüsün reallığa çevrilməsi ilə bağlı Avropa İttifaqının həmkarları ilə məsləhətləşmələrə açıqdır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər