Ötən həftə Avropada bir neçə böyük etiraz aksiyası keçirilib. Haaqada karantin məhdudiyyətlərinə qarşı nümayişdə 400 nəfər tutulub. Banker.az xəbr verir ki, şəhər rəhbərliyi etirazçıların qurduqları planlardan xəbərdar olsa da, tədricən vəziyyət nəzarət altından çıxıb.
Daha səkkiz polis əməkdaşı Almaniyanın Höttinhen şəhərində zərər çəkib. Orada Covid-19 koronavirusunun yayılması səbəbindən karantinə alınan evin iki yüz sakini hasarın arasından keçərək, hüquq-mühafizə orqanlarına hücum edib. Etirazçılar daş, şüşə və digər əşyalardan istifadə edirdilər.
Ştuthart şəhərində də analoji hadisə yaşanıb: yüzlərlə etirazçı şəhərin mərkəzindəki obyektləri darmadağın etməyə cəhd göstərib. Nəticədə Ştutqartda 19 polis yaralanıb.





