Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Bakıya səfər edəcək.
Vüqar Həşimov Memorialının Mətbuat xidmətindən verilən məlumata görə, Avropa şahmatının rəhbəri dekabrın 17-də Azərbaycan paytaxtında olacaq. Səfərdə əsas məqsəd görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan Memorialda fəxri qonaq qismində iştirak etməkdir.
Qeyd edək ki, super turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaqlar.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə təşkil olunub. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.