9 C
Baku
Friday, December 27, 2024

Avropa sanksiyaları Ermənistanın Hava Yolları Şirkətinin işini iflic edib

Avropa ölkələrinin bəzilərinin Rusiyaya sanksiyalarına görə bir çox icarədar aviaşirkətlər öz təyyarələrini geri çağırmağa başlayıblar ki, bu da Ermənistan üçün problemlər yaradıb.

Bu barədə Ermənistan mətbuatı məlumat verib.

Ermənistanın aviaşirkətinin direktoru Gevorq Xaçatryan bildirib ki, yerli hava yollarının bir neçə reysi təxirə salınıb, səbəb Avropa sanksiyalarıdır.

Onun sözlərinə görə, aviadaşıyıcılarda layner çatışmazlığı yaşanır ki, bu da uçuşların vaxtında təşkilinə problem yaradır və müntəzəm reyslərin gecikməsinə səbəb olur.

Xaçatryan bildirib ki, şirkətin Moskva və Hurqada planlaşdırılan reysləri məhz bu səbəbdən ləngiyib. O, yaranmış narahatlığa görə üzr istəyib, bildirib ki, sərnişinlərə bütün təzminatlar ödəniləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər