Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı razılığa gələ bilməyib.
Bu barədə Polşa radiosu məlumat yayıb.
Bildirilir ki, iştirakçı ölkələrin səfirləri Brüsseldə keçirilən görüşdə doqquzuncu sanksiyalar paketini təsdiqləməyiblər.
Radionun məlumatına görə, məsləhətləşmələr həftəsonu baş tutacaq və səfirlərin növbəti görüşü dekabrın 12-nə, bazar ertəsi gününə planlaşdırılıb.
Nəşr qeyd edir ki, razılığın olmamasının səbəblərindən biri sanksiyaların doqquzuncu paketi layihəsi üçün təklif olunan çoxlu istisnalardır.
Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sadoş danışıqların indiyədək dalana dirəndiyini bildirib.