18 C
Baku
Sunday, September 8, 2024

Avropa Siyasi Birliyinin növbəti sammiti Macarıstanda keçiriləcək

Avropa Siyasi Birliyinin növbəti sammiti noyabrın 7-də Macarıstanda keçiriləcək.

Bununla bağlı qərar London yaxınlığındakı Oksfordda keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammitində verilib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin məqsədi Avropa qitəsinin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməkdir. Bu günə qədər Avropa Siyasi Birliyinin üç iclası keçirilib.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti 2022-ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə baş tutub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər