20 C
Baku
Thursday, October 3, 2024

Avropa “Skype” və “WhatsApp”da təhlükəsizliyi gücləndirəcək

Avropa Komissiyası internetdə məlumat mübadiləsi xidmətləri, o cümlədən “Skype” və “WhatsApp”ın təhlükəsizliyi üzərində nəzarətin gücləndirilməsini nəzərdə tutan təkliflər paketi açıqlamağa hazırlaşır.

İKT.lent.az-ın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, daha əvvəl yalnız mobil rabitə operatorlarına tətbiq edilən tələblər müxtəlif messencerlər və internet vasitəsilə edilən zənglərə də şamil oluna bilər.

Layihəyə əsasən “Skype” avropalı müştəriləri üçün təcili xidmətlərin telefonlarına ödənişsiz müraciət imkanı yaratmalıdır. “Skype” istifadəçiləri adi telefonlardan daxil olan zəngləri qəbul etmək üçün telefon nömrəsi alırsa, onlar həmin nömrəni başqa operatora keçərkən də özündə saxlaya bilməlidir. Veb-servislər öz xidmətlərinin təhlükəsizliyini və bütövlüyünü təmin etməli, haker müdaxiləsi halları barədə məlumat verəli, xidmətin fasiləsizliyi haqda strategiyaya malik olmalıdır. Son illər internetdə dövlət serverlərinə, şəxsi yazışmalara haker müdaxilələri halları artıb. ABŞ və Avropada hesab edirlər ki, bu təhlükələr əsasən Çin və Rusiyadan qaynaqlanır. Bu ölkələrdə ekstremizmlə mübarizə adı altında kommunikasion trafik üzərində nəzarət gücləndirilir.

Xatırladaq ki, 2011-ci ildə “Skype” xidməti “Microsoft” tərəfindən 8,5 milyard dollara, 2014-cü ildə isə “WhatsApp” messenceri Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.

Son xəbərlər
Digər xəbərlər