18 C
Baku
Monday, September 16, 2024

Avropa Sülh Fondunun vəsaiti 3.5 milyard avro artırıldı

Avropa İttifaqı Şurası Avropa Sülh Fondunun vəsaitinin 3.5 milyard avro artırılmasına razılıq verib.

Bu fonddan xüsusilə Aİ Ukraynaya və digər tərəfdaşlara hərbi yardım göndərir.

Bildirilib ki, belə bir qərar uzunmüddətli perspektivdə Avropa Sülh Fondunun maliyyə sabitliyini təmin etməklə yanaşı, Aİ-nin böhran və münaqişələrin qarşısını almaq və onlara operativ reaksiya vermək imkanlarını qoruyub saxlayacaq.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər