Avropa Şurası hesab edir ki, Gürcüstan hökumətinin hərəkətləri Avropa dəyərlərinə və prinsiplərinə ziddir və buna görə də ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesi faktiki olaraq dayanıb. Banker.az xəbər verir ki, bu barədə Şuranın Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatında deyilir.
“Avropa Şurası xatırladır ki, bu hərəkət kursu Gürcüstanın Avropa yolunu təhlükə altına alır və üzvlük prosesini de-fakto dayandırır”, – press-relizdə deyilir. Avropa Şurası Gürcüstanı “Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar” qəbul etməyə çağırıb.
Gürcüstan parlamenti may ayında xarici agentlər haqqında qanunu təsdiqlədikdən sonra Gürcüstanın Qərb ölkələri ilə münasibətləri pisləşib. Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsi vasitəsilə qanunu dayandırmağa çalışsa da, məhkəmə bundan imtina edib. Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı nəzərdən keçirir.