Avropa Şurası Hörmüz boğazının blokadasına qarşı çıxıb

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlaşdırdığı blokadanı tənqid edib.

O, CNN telekanalına müsahibəsində bildirib ki, blokada heç vaxt çıxış yolu ola bilməz.

Antonio Koşta qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) razılığı olmadan da alternativ təşəbbüslər mümkündür. Məsələn, bu məqsədlə xüsusi beynəlxalq koalisiyanın yaradılması variantı nəzərdən keçirilə bilər.

Məlumata görə, ABŞ İranla əsas razılaşmaların pozulmasından sonra Hörmüz boğazında blokadaya başlamağı planlaşdırır. Bu çərçivədə ABŞ donanması beynəlxalq sularda hərəkət edən və İrana rüsum ödəyən gəmiləri izləmək və saxlamaq niyyətindədir.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər