22 C
Baku
Thursday, April 25, 2024

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana gəlib

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.

“Report” Agentliyi xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin “Şərq tərəfdaşlığı” proqramının gələcəyi müzakirə olunacaq.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

İyulun 11-də Avropa Şurasının prezidenti “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər