18 C
Baku
Thursday, April 18, 2024

Avropa turistləri bu şərtlərlə qəbul edəcək

Avropa Şengen zonası və Skandinaviya ölkələrinin xarici sərhədləri açıldıqdan sonra turistlərin qəbuluna dair şərtləri açıqlayıb.

“Reuters” xəbər verir ki, bu barədə Xorvatiyanın Avropa İttifaqındakı hazırkı sədrliyi tərəfindən hazırlanan tövsiyələr layihəsində bildirilib.

Sənədə görə, ilkin mərhələdə ancaq yeni növ koronavirus ilə bağlı epidemioloji vəziyyətin Avropadakından daha yaxşı və ya eyni olduğu ölkələrdən turistlərin qəbuluna icazə veriləcək. Bununla yanaşı həmin ölkələrdə epidemioloji vəziyyət pik həddi keçməli və stabilləşməyə doğru getməlidir.

Həmçinin qeyd olunub ki, həmin ölkələrdə testlərin sayı və digər göstəricilər qiymətləndiriləcək və məlumatlar hər iki həftədən bir yenilənəcək.

Güman olunur ki, belə ölkələrin siyahısına 14 gün ərzində 100 min nəfərə gündəlik 16-20 arası yeni yoluxma hadisəsi qeydə alınan dövlətlər daxil olacaq.

Nəşr qeyd edib ki, Rusiya, ABŞ, Meksika, Səudiyyə Ərəbistanı və əksər Cənubi Amerika ölkələri bu meyarlara cavab vermirlər.

Məhdudiyyətlərə dair yekun qərar iyulun 1-nə planlaşdırılan xarici sərhədlərin açılmasından əvvəl razılaşdırılacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər