“Avropa İttifaqı Ukrayna üçün yeni çoxillik makromaliyyə paketi hazırlamağı planlaşdırır. Onun üzərində iş 2023-cü ildən sonra başlaya bilər”.
Bunu Avropa İttifaqı Şurasının rəhbərinin nümayəndəsi Barend Leyts deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Xirosimada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib ki, Avropa İttifaqı 2023-cü ildən sonra yeni maliyyə yardımı paketi hazırlayır.
“Bu paket Aİ-nin Ukraynaya kömək etmək üçün uzunmüddətli öhdəliyini əks etdirəcək”.
Leyts əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımın, o cümlədən döyüş sursatlarının çatdırılması və döyüş təyyarələrinin tədarükü üçün koalisiyanın yaradılması işləri ilə bağlı prosesi sürətləndirəcək.