Avropa İnvestisiya Bankı və Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 400 milyon avrodan çox vəsait köçürəcək, bunu Ukraynanın baş naziri Denis Şmıqal “Twitter”də deyib.
“Bu, ukraynalılar üçün ən təcili yenidənqurma layihələrinin, o cümlədən kritik infrastrukturun maliyyələşdirilməsinə kömək edəcək. Tez və vaxtında köməyə görə tərəfdaşlarımıza təşəkkür edirik!”, – Şmiqal bildirib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
İyun ayında Böyük Britaniya Dünya Bankına Ukraynaya kreditlər üçün 3 milyard dollar zəmanət verib. Həmin ay Beynəlxalq Valyuta Fondu Ukrayna üçün 890 milyon dollarlıq ikinci tranşı təsdiqləyib.Belçikanın baş naziri Aleksandr de Kroo bildirib ki, Aİ dondurulmuş Rusiya aktivlərinə investisiya qoymaqdan əldə edilən gəliri Ukraynaya kömək etmək üçün istifadə etmək istəyir. Onun sözlərinə görə, Aİ hər il ən azı 3 milyard avro alacağını gözləyir.