Avropa İttifaqı Ukraynaya 5 milyard avro dəyərində yeni yardım paketi hazırlayır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Kredit paketi may ayında elan edilmiş daha böyük 9 milyard avroluq paketin bir hissəsidir.
Bildirilir ki, Macarıstan Ukraynaya yardımın əleyhinədir.
Diplomatların sözlərinə görə, Avropa Komissiyası gələn həftə kimi kredit paketi təklif edəcək.