Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə Avropa və ABŞ-da təbii qazın orta satış qiymətini açıqlayıb.
Bu barədə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilir.
Hesabata əsasən, 2023-cü ilin birinci rübündə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26.8 kubmetrə bərabərdir ) görə 16.84 ABŞ dolları təşkil edəcək, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.79 dollar və ya 48.4% azdır.
Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2.65 dollar təşkil edib, bu da illik müqayisədə 1.97 dollar və ya 42.6% azdır.