9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edilir”

Yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib.

Banker.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyllər, bu sahəyə yönəldilən investisiyalar kimi mövzulara toxunulub. 

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonaları”na çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcək.

Son xəbərlər
Oxşar xəbərlər