10 C
Baku
Thursday, December 12, 2024

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda əməliyyat aktivləri artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı əməliyyat aktivlərinin həcmi bu il iyulun 31-nə əvvəlki ayla müqayisədə 2% və ya 12 mln. avro artaraq 664 mln. avro təşkil edib.

Bu barədə EBRD-dən bildirilib.

Aktiv portfelin həcmi isə dəyişməyərək 893 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. İcra edilən aktiv layihələrin sayı 30-dan 29-a enib.

Qeyd olunub ki, portfelin 91%-ni (816 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (50 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (27 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.

Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,724 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,113 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 25%-i özəl sektorun payına düşüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər