Mayın 14-ü və 15-də Gürcüstanın paytaxtı Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı keçiriləcək.
Gürcüstan Parlamentinin Tbilisidəki binasında keçiriləcək tədbirdə 60 ölkədən 1500-dək iş adamının iştirakı nəzərdə tutulub.
Təşkilat Komitəsindən bildiriblər ki, tədbirə Azərbaycandan da nümayəndə heyəti dəvət olunub.
AZƏRTAC