11 C
Baku
Monday, November 25, 2024

Avropada ən çox satılan elektrokar açıqlanıb

“Avtostat” analitika agentliyinin məlumatına görə, 2023-cü ilin birinci yarısının nəticələrinə əsasən, Tesla Model Y elektrik krossoveri Avropa bazarında ən çox satılan model olub. Bu avtomobili Avropanın 136 564 sakini seçib ki, bu da tələbatın 3 dəfə artmasından xəbər verir.

Avtomobil Norveç, Danimarka, Hollandiya, İsveçrə və İsveç sakinləri arasında böyük populyarlıq qazanıb. Eyni zamanda, Norveçdə Tesla Model Y bütün satışların təxminən 25%-ni təşkil edib, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

İkinci yeri Dacia Sandero hetçbeki (+27%, 123 408 ədəd), üçüncü yeri isə Volkswagen T-Roc krossoveri (+29%, 111 692 ədəd) tutub. İlk beşliyə həmçinin Peugeot 208 (-4%, 105.7 min ədəd) və Opel/Vauxhall Corsa (+19%, 105.6 min ədəd) daxildir.

Son xəbərlər
Digər xəbərlər