27 C
Baku
Monday, June 17, 2024

Avropada ən sərfəli mənzillər hansı ölkələrdədir?

Hər bir ölkənin aşağı qiymət diapozonu üçün öz qaydaları var. Xarici ölkələrin daşınmaz əmlak bazarını yenicə müşahidə etməyə başlayan alıcılar tez-tez mənzillərin qiymətləri barədə yanlış təsəvvürə malik olurlar. Məsələn, bəziləri Bolqarıstanda 10 min avroya dəniz mənzərəli təmirli ev almaq istəyirlər. Lakin bu qiymətə bir otaqlı ev almaq belə çətindir, burada kotteclərin qiyməti 50-60 min avrodur.

Bolqarıstan, Almaniya, İtaliya, Türkiyə, Kipr kimi məşhur ölkələrin çoxunda sərfəli mənzillərin qiyməti 30 min avrodan başlayır. Qaydalara əsasən, bu qiymətə kiçik bir otaqlı mənzil almaq mümkündür. Fransa və Böyük Britaniyada isə mənzillərin qiyməti bir neçə dəfə bahadır.

Soydaş ölkələr arasında ən ucuz mənzillər Bolqarıstandadır. Burada 4000 avroya mənzil almaq mümkündür, lakin bu aldığınız ev turistik infrastrukturdan uzaq bir kənddə, təxminən 1960-cı illərdə tikilmiş bir ev olacaq. Keyfiyyətli mənzil nisbətən bahadır – 25 min avrodan çox.

Almaniyada 6000 avroya bir daşınmaz əmlak nümunəsi almaq mümkündür. Lakin möcüzəyə ümid etməyin. Bu məbləğə Şərqi Almaniyada kiçik bir şəhərcikdə 15 m2 sahəyə malik bir hücrə, darısqal otaq almaq mümkündür. Burada sərfəli mənzil bahadır. Məsələn, Leypsiqdə 36,5 min avroya 40 m2 –lik bir ev almaq olar. Berlində Şpandau qəsəbəsində 37,5 min avroya 43 m2 –lik ev ala bilərsiniz.

İtaliyada, daha dəqiq ölkənin cənubunda 8,5 mindən 20 min avroya kimi bir çox təkliflərlə qarşılaşa bilərsiniz. Lakin bu evlər yaşayış üçün sərfəli deyil və evin ümumi qiymətindən baha təmir tələb edir. Belə evlər uzun müddət bazarlarda qalır və illərlə müştəri tapa bilmir. Qəsəbədə yaxşı evlər 30 min avroya və daha bahadırlar. Məsələn, Skalada 27 min avroya 33 kvadrat metrlik təmirli, eyvanlı və yataq otaqlı mənzil əldə etmək mümkündür. Həmin şəhərdə həm də 28 min avroya dənizdən 800 metr aralıda yerləşən 38 kvadrat metrlik mənzil almaq olar.

Türkiyədə sahildə yerləşən mənzillərin qiyməti 30 min avrodur. Məsələn, Alanyada 29 min avroya 39 kvadrat metrlik mənzil almaq mümkündür. Yaşayış kompleksi dənizdən 500 metr aralıda yerləşir. Ümumi hovuzu, bağı və dayanacağı da var. Antalyada isə 36 min avroya 55 kvadrat metrlik iki otaqlı mənzil satılır və bu ev dənizdən 1 km uzaqlıqda yerləşir.

İspaniyada bankların sərəncamında olan çoxlu obyektlər var. Belə mənzillər endirimlərlə satılır və qiymətlər adətən 30 min avrodan çox olur. Burada dənizə yaxın məsafədə yerləşən geniş mənzillər əsasən 40 min avrodan baha olur. Məsələn, Torreviehada 41,9 min avroya 63 kvadrat metrlik mənzil almaq mümkündür.

Yunanıstanda 20-30 min avroya yalnız təmirsiz kiçik mənzillər əldə etmək mümkündür. Daha maraqlı təkliflər 50 min avrodan başlayır. Məsələn, Halkidiyada dənizdən 150 metr aralıda yerləşən 45 kvadrat metrlik bir mənzili 49 min avroya almaq mümkündür. 54 min avroya isə Kassandrada 40 kvadrat metrlik evlər satılır.

Fransada isə 100 min avrodan ucuz ev tapmaq mümkün deyil. Juan-les-Pins şəhərciyində 128 min avroya 25 kvadrat metr əraziyə sahib mənzil satılır. Bu mənzilə otaq, hamam otağı və mətbəx daxildir.

Böyük Britaniyada sərfəli təkliflər azdır, paytaxt da isə 200 min avrodan ucuz mənzil tapmaq qeyri-mümkündür. Londonda 336 min avroya 32 kvadrat metrlik mənzil almaq olar. Bu mənzil Kanari-Uorfda, qədim “Linkoln Plaza” kompleksində yerləşir. Həmin rayonda həmçinin 352 min avroya terraslı, şəxsi dayanacaqlı, ümumi hovuzlu 35 kvadrat metrlik mənzildə əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər