Banker.az xəbər verir ki, CarDiagram nəşrinin həyata keçirdiyi araşdırmaya görə, Avropa məkanında ən ucuz benzin Belarusiyadadır. Belə ki, burada 1 litr benzin cəmi 0,59 avrodur. Rusiyada isə A-95 bir qədər baha, yəni 1 litri 0,62 avrodur.
Reytinqin dördüncü pilləsində Maldovadır və burada 1 litr üçün ortalama 0,81 avro tələb edirlər. Ən ucuz benzinə sahib ölkələrin reytinqinin ilk beşliyini isə Ukrayna tamamlayır.
Avropanın ən ucuz benzinli TOP-10 ölkəsi:
| Ölkə | Qiymət, avro/l. |
| Belarusiya | 0,59 |
| Rusiya | 0,62 |
| Maldova | 0,81 |
| Ukrayna | 0,88 |
| Polşa | 1,00 |
| Bolqarıstan | 1,03 |
| Ruminya | 1,04 |
| Litva | 1,07 |
| Macarıstan | 1,10 |
| Avstriya | 1,12 |





