6 C
Baku
Saturday, December 14, 2024

Avropada ən ucuz şəhər təyin edildi

Vilnüs şəhəri Avropada turistlər üçün ən ucuz şəhər təyin edildi. Aparılan araşdırmalara görə, Vilnüs şəhərində həftə sonu keçirmək üçün turistə orta hədlə təqribən 100 avro kifayətdir. Reytinqin ikinci pilləsində 119 avro ilə Budapeşt qərarlaşmışdır. Onun ardınca isə həftə sonu keçirmək üçün cəmi 120 avro tələb olunan Riqa şəhəri gəlir.

Bu məbləğə 3 ulduzlu oteldə iki gecə, hava limanından götürülmə, nəqliyyatda gediş haqqı, həmçinin şərab da daxil olmaqla nahar və ekskursiya daxildir.

Ən çox xərc tələb olunan Avropa şəhəri statusuna isə İsveç paytaxtı Stokholm sahib oldu. Stokholmda həftə sonu keçirmək üçün turistə orta hədlə 310 avro tələb olunur.

Son xəbərlər
Digər xəbərlər