22 C
Baku
Sunday, October 19, 2025

Avropada ən uzun iş həftəsi bu ölkələrdədir

Avropada ən uzun iş həftəsinə malik ölkələrin adları açıqlanıb.

Avrostatın 2025-ci ilin ikinci rübünə dair məlumatlarına əsasən, qitədə ən çox işləyənlər Türkiyə, Serbiya və Monteneqro sakinləridir.

Reytinqə görə, Türkiyədə orta iş həftəsi 44,1 saat təşkil edir. Onu Monteneqro (43,1 saat) və Serbiya (41,8 saat) izləyir. İlk beşlikdə həmçinin Bosniya və Herseqovina (41,3 saat) və Yunanıstan (41 saat) yer alıb.

Ən qısa iş həftəsi olan ölkələr sırasında isə Niderland (31,5 saat) birinci yerdədir. Ardınca Böyük Britaniya (31,9 saat), Danimarka (33,7 saat), Norveç (34,6 saat) və Almaniya (34,7 saat) gəlir.

Məlumatda bildirilir ki, İsveçrə, İrlandiya və Avstriyada orta göstərici eynidir – 35,8 saat.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər