19.2 C
Baku
Tuesday, May 20, 2025

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? – SİYAHI

Avropa ölkələrində illik gəlir göstəriciləri açıqlanıb.

Bu barədə “Eurostat”ın yeni hesabatında qeyd edilib.

Hesabata görə, 2024-cü ildə Avropa Birliyi daxilində ən aşağı illik gəlir Bolqarıstanda olub – 11 074 avro, Lüksemburqda isə bu göstərici 50 410 avroya çatıb. Avropa Birliyi üzrə orta illik gəlir 29 573 avro təşkil edib.

Avropa Birliyinə daxil olmayan İsveçrədə illik gəlir 85 631 avro, İslandiya isə 57 573 avro təşkil edib.

Norveçdə bu göstərici 47 232 avroya çatır.

Digər Skandinaviya ölkələrində də yüksək göstəricilər qeydə alınıb. Danimarka (43 913 avro), Finlandiya (36 877 avro) və İsveçdə (36147 avro) yüksək gəlir səviyyəsi var.

Hollandiyada illik gəlir 47 892 avro, İrlandiyada 46 208 avro təşkil edib.

İtaliya (24 797 avro), İspaniya (24 571 avro) və Yunanıstan (18 709 avro) kimi Cənubi Avropa ölkələri illik gəlirə görə orta göstəridən xeyli geri qalır.

Şərqi Avropa ölkələri – Rumıniya (12 655 avro), Bolqarıstan (11 074 avro) və Macarıstanda (13 883 avro) ən aşağı illik gəlir var.

Türkiyədə bu göstərici 11 440 avro təşkil edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər