Mayın əvvəlindən bəri Avropada 20 min nəfər meymunçiçəyinə yoluxub.
Bu barədə Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə dünyada yoluxma hallarının üçdə bir hissəsi Avropada qeydə alınıb.
İndiyədək dünyada 68 min nəfər meymunçiçəyinə yoluxub. Yoluxanlarn 87 faizi 18-50 yaş arasında kişilər olub.