Almaniyanın Fraunhofer İnstitutunda strukturların vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulan “ağıllı” boltlar yaradılıb.
“Smart Screw Connection” boltları hissələrin birləşməsinin sıxlığına nəzarət edir və birləşmənin bərkidilməsinə ehtiyac yarandıqda dərhal internet üzərindən siqnal ötürürlər.
Bunun üçün boltlar xüsusi sensorlarla təchiz edilib.
Qeyd olunur ki, “ağıllı” boltlar körpülərin, külək stansiyalarının və digər infrastrukturların vəziyyətinə nəzarət etmək üçün istifadə oluna bilər.
Mənbə: smotrim.ru