Avropa İttifaqı (Aİ) ölkələrində yanvar ayında yeni minik avtomobillərinin satış həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz azalaraq 726,5 ədəd təşkil edib.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasında bildirilir.
“2021-ci ilin yanvar ayında Aİ-də COVID ilə bağlı məhdudiyyətlər satışlara ciddi təsirini davam etdiyi üçün yeni avtomobillər bazarında azalma daha da sürətlənib”, – məlumatda deyilir.
Bütövlükdə Aİ-nin 27 üzv ölkəsindən İspaniyada yeni avtomobillərin satışı 51,5 faiz, Almaniyada 31,1 faiz, İtaliyada isə 14 faiz azalıb. Ən kiçik azalma (5,8 faiz) Fransada qeydə alınıb.
O cümlədən “Volkswagen Group” istehsalı olan yeni avtomobillərin satışı yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,8 faiz, “Stellantis” (keçmiş “Fiat” və PSA) 26,1 faiz, “Renault” qrupu da 21,6 faiz azalıb.
Bu ayın əvvəlində ACEA tərəfindən açıqlanmış proqnoza əsasən, pandemiyanın səbəb olduğu böhran sovuşanda Aİ-də yeni avtomobil satışları bərpa olmaqla bu ilin yekununa görə 10 faiz artım göstərəcək.