14 C
Baku
Thursday, March 28, 2024

Avropada deputatların və vətəndaşların maaşı: Ən böyük fərq Azərbaycandadır – CƏDVƏL

Ötən il “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişiklikdən sonra Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırıldı.

Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, sıravi deputat ay ərzində 2 598 manat maaş alırlar. Bunun 1 732 manatı deputatın vəzifə maaş və digər hissəsi isə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən pul təminatıdır.

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə Azərbaycanda orta aylıq əmək haqqı 544,1 manat olub. Bu, o deməkdir ki, Azərbaycanda millət vəkillərinin aldığı maaş orta aylıq əmək haqqından 4,8 dəfə çoxdur.

Onu da qeyd edək ki, Azərbaycan bu göstəriciyə görə Avropa ölkələri arasında ilk sırada qərarlaşıb. Yeniavaz.com-un “Eurostat”ın məlumatlarına istinadən bildirir ki, Avropa Birliyinə daxil olan heç bir ölkədə millət vəkillərinin maaşı orta aylıq əmək haqqından bu qədər yüksək deyil.

Azərbaycandan sonra ən yüksək fərq Yunanıstanda qeydə alınıb. Yunanıstanda deputatların aylıq maaşı 5135 avro, orta aylıq əmək haqqı isə 1092 avro olub. Nəticədə bu ölkədə deputatın aldığı aldığı əmək haqqı ilə orta aylıq əmək haqqı arasında 4,7 dəfə fərq ortaya çıxıb.
Ən az fərq isə İspaniyada qeydə alınıb. İspaniyada deputatların aylıq maaşı 2814 avro, orta aylıq əmək haqqı isə 2189 avro olub və arada 1,3 dəfə fərq olub.

Azərbaycanda və Avropa Birliyinə daxil olan bəzi ölkələrdə deputatların aldığı əmək haqqını, həmin ölkədəki orta aylıq əmək haqqını və bunlar arasındakı fərqi təqdim edirik:

dec

©iqtisadiyyat.az

Son xəbərlər
Digər xəbərlər