13 C
Baku
Sunday, November 27, 2022

Avropada elektrotexnika üçün vahid adapter tətbiq ediləcək

Avropa Parlamenti İttifaq ərazisində elektrotexnika üçün vahid adapter tətbiqi barədə qərar qəbul edib.

Qərar Avropa İttifaqının Rəsmi Jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək. Üzv ölkələrə qanunlarını bu tələbə uyğunlaşdırmaq üçün 12 ay vaxt veriləcək. Qərarın müddəaları kiçik avadanlıqlar üçün 12 ay, noutbuklar üçün 40 ay sonra tətbiq ediləcək. qərar indiyədək istehsal olunmuş avadanlıqlara şamil edilmir.

Qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə doldurulmalıdır. Yeni qaydanın tətbiqində məqsəd istehlakçı hüquqlarının müdafiəsi ilə yanaşı elektron tullantıların həcmini azaltmaqdır. İstehlakçı hüquqlarının müdafiəçilərinin fikrincə insanların özü ilə çoxsaylı adapter daşıması tarixə qovuşmalıdır. “Apple” şirkəti uzun müddət müqavimət göstərsə də, sonda vahid adapter tələbi ilə razılaşıb.

Avropa Parlamentinin hesabatında deyilir: “Yeni qaydalar avropalı istehlakçıların ildə 250 milyon avroya qənaət etməsinə imkan verəcək. Avropada hər il 11 min tonadək adapter istifadə olunmadığı üçün atılır və elektronik tullantıya çevrilir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X