23 C
Baku
Sunday, July 21, 2024

Avropada Instagram və Facebook “Messenger”in bəzi funksiyaları məhdudlaşdırılıb

Facebook şirkəti Avropa istifadəçilərini Instagram və Facebook Messenger proqramlarında bir sıra funksiyaların söndürülməsi barədə xəbərdar etməyə başlayıb.

Banker.az xəbər verir ki, region sakinləri sorğularda iştirak imkanından məhrum edilib, Instagram-da stikerlər, Messenger-də isə fərdiləşdirilmiş cavablar gizlədilib. Xəbərdarlığa görə, bir sıra funksiyalar Avropada məlumat mübadiləsi xidmətləri üçün yeni qaydalara əməl olunması səbəbindən müvəqqəti söndürülüb. Söhbət Avropa İttifaqı ölkələri ərazisində messencerlərin fəaliyyəti üçün daha ciddi qaydaları müəyyənləşdirən elektron rabitə vasitələri sektorunda fərdi məlumatların emalı və məxfiliyin qorunması ilə bağlı direktivdən gedir.

Məlumatda konkret hansı funksiyaların məhdudlaşdırıldığı açıqlanmır. Bundan başqa, Avropa istifadəçiləri Messenger-də bir sıra fayl tiplərini göndərə və şəxsi Instagram məlumatlarında əlavə reallıq effektlərini bölüşə bilmirlər. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, müvəqqəti söndürülən əksər funksiyaların işi tezliklə bərpa ediləcək.

Son xəbərlər
Digər xəbərlər