8 C
Baku
Wednesday, December 4, 2024

Avropada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr açıqlandı

Avropa ölkələri son vaxtlar işgüzar fəallığın azalması və avronun dollara nisbətdə 2022-ci ildən bəri ən aşağı səviyyəyə enməsi kimi ciddi problemlərlə üzləşib. Bundan başqa, Donald Trampın prezidentliyi ilə bağlı yarana biləcək mümkün rüsumlar təhdidi vəziyyəti daha da ağırlaşdırıb. Bu maneələrə baxmayaraq, bəzi dövlətlər ötən il güclü iqtisadi artım nümayiş etdiriblər.

Kanadanın media şirkəti Beynəlxalq Valyuta Fondunun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının məlumatları əsasında 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) artımı proqnozlaşdırılan ilk 15 Avropa ölkəsinin siyahısını dərc edib.

İqtisadiyyatı əsasən xidmət, o cümlədən turizm yönümlü olan Malta reytinqə liderlik edir. Bu gün Malta emal sənayesi, xüsusilə elektronika və əczaçılıq məhsullarının ixracında üstündür.

Siyahıda ikinci yerdə Serbiya, üçüncü yerdə isə bu il iqtisadiyyatı 3,6 faiz artmış Belarusdur. Siyahıda dördüncü yerdə sanksiyalara baxmayaraq, Çin və Hindistanla ticarətin artması, eləcə də yerli istehsalın artması hesabına inkişaf edən Rusiya iqtisadiyyatı qərarlaşıb. Xorvatiya isə beşinci yerdədir. Altıncı yerdə olan Kiprdən sonra Ukrayna və Türkiyə qərarlaşıb – müvafiq olaraq yeddinci və səkkizinci yerlərdə.

Siyahıda sonrakı yerləri Polşa, İspaniya, Litva, Bolqarıstan, Yunanıstan, Slovakiya və Rumıniya tutur.

Son xəbərlər
Digər xəbərlər