Finlandiyada qəribə eksperiment start götürüb. Həmin eksperiment çərçivəsində işsizlərə aylıq 560 avro maaş veriləcək. Bu maaş zəmanətlidir, yəni heç bir halda azaldıla, yaxud kəsilə bilməz. Hələlik müavinət təsadüfi seçilmiş 2000 nəfərə verilir. İşsizlər onlara verilən pulu hara xərclədikləri ilə bağlı hesabat verməyə borcu deyillər.
Eksperimentdə məqsəd yoxsulların və işsizlərin maliyyə çətinliklərinə görə əl atdıqları mənfi halların qarşısını almaqdır. “Maraqlıdır, pulun insanları necə hərəkət etdirəcəyini izləyəcəyik”, – ideya müəlliflərindən biri deyib.