2 C
Baku
Sunday, December 15, 2024

Avropada istilər səbəbindən təbii qazın qiyməti kəskin artıb

Avropada istilər səbəbindən təbii qazın kəskin artıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, yanacaq qiymətləri üç illik rekord yüksəlib – bir min kubmetr üçün 363 dollar. Son dəfə belə bir qiymət artımı 2018-ci ilin martında qeydə alınıb.

Yeni bahalaşma ilə yanaşı, anbarlara vurulan qazın həcmi də azalıb. Mütəxəssislərin fikrincə, iyul ayında vəziyyət daha da pisləşə bilər.

İsti havada kondisionerlər işə salınır, bu səbəbdən elektrik enerji istehlakı artır və elektrikli stansiyalar anbara göndərilə biləcək qazı istifadəyə verməyə məcbur olur.

Son bir həftə ərzində Avropa anbarlarına qaz vurulması beş illik ortalamadan 17% azalıb. Hal-hazırda anbarlar 44.33% qədər doldurulub ki, bu da son 10 il ərzində minimum göstəricidir.

Son xəbərlər
Digər xəbərlər