Avropada 1 iyul tarixindən etibarən peyvənd sertifikatları qüvvədə olacaq. Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
İspaniyanın səhiyyə naziri Karolina Darias qeyd edir ki, sertifikatlarda turistin peyvənd olunduğu, test verdiyi və ya yoluxub sağaldığı göstəriciləcək.
Bir şəxs bu üç tələbdən birini yetiribsə, ona səyahət üçün xüsusi sertifikat veriləcək. Bundan əlavə, Avropa İttifaqı ölkələri mart ayının əvvəlindən etibarən bütün təşkilat üzvləri tərəfindən tanınacaq universal sertifikatların tətbiq edilməsi barədə müzakirələr aparır.
Daha əvvəl Avropa Parlamenti və Avropa Şurasının Avropa İttifaqı dövlətlərinin sakinləri üçün koronavirus sertifikatlarının tətbiqi ilə bağlı ilkin razılığa gəldikləri bildirilib.