5 C
Baku
Friday, March 29, 2024

Avropada koronavirusa qarşı bank yaradılacaq

Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata vurduğu zərərin nəticələrini aradan qaldırmağa kömək edəcək yeni bankın yaradılması üçün Avropa Komissiyasının maliyyə sabitliyi və kapital bazarları bölməsi ilə danışıqlara başlayıb.

Bu barədə “Financial Times” nəşri yazıb.

Yeni bankın 2008-2009-cu illərin qlobal maliyyə böhranından qalma kredit borclarını ödəyəcəyi, eləcə də pandemiyasının təsiri ilə vaxtı keçmiş kreditlərin ödənilməsinə dəstək verəcəyi gözlənilir.

ECB məsələ ilə bağlı açıqlama verməyib.

©Report

Son xəbərlər
Digər xəbərlər