Koronavirus (COVİD-19) infeksiyasının “kraken” adlı yeni ştamı hazırda Avropada dominant olan “omikron”unu yerini tuta bilər.
Mənbə iddia edir ki, indi bu əvəzetmə ABŞ-da aktiv şəkildə baş verir.
Xatırladaq ki, son dövrlərdə bir sıra ölkələrdə koronavirus infeksiyasının yeni ştamının yayılması barədə xəbərdarlıqlar olunur.
“Kraken” ilk dəfə 22 oktyabr 2022-ci ildə ABŞ-da müəyyən edilib. Belə ki, ABŞ-da müəyyən edilmiş “kraken” virusu hallarının sayı bir neçə həftə ərzində 4 faizdən 40 faizə qədər yüksəlib.
“Kraken” artıq Danimarka, Fransa, Avstriya, Niderland, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya, Portuqaliya və İrlandiyada tapılıb.