Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı yeni peyvənd metodunun tətbiqinə icazə verib.
Bu metodun məqsədi qısa vaxtda daha çox insanın peyvənd edilməsi, həmçinin dərman preparatlarına qənaət etməkdir.
Yeni qaydaya görə, indi əvvəlki dozanın beşdə biri həcmində preparat orqanizmə daxil ediləcək. Digər tərəfdən, yeni metodla vaksin dəri altın yeridiləcək. Əvvəlki metodda vaksin əzələ daxilinə, daha dərinə yeridilirdi.
Baş qərargahı Amsterdamda yerləşən qurum bildirir ki, dozanın azaldılması immunitetin yaranmasına mane olmur.