12 C
Baku
Saturday, November 23, 2024

Avropada müəssisələrə yardım ləğv olunur

Avropa Komissiyası pandemiya dövründə tətbiq edilmiş müəssisələrə yardım rejimi ləğv edib.

“Reuters”in xəbərinə görə, Avropa İttifaqına üzv ölkələr 2022-ci ilin iyununadək dotasiyaları dayandırmalı, mərhələli şəkildə rəqabət qaydalarını tətbiq etməlidir.

Bununla belə, komissiya üzv ölkələrə rəqabət qanunvericiliyində dəyişiklik edərək yarımkeçiricilərin istehsalını subsidiyalaşdırmağı tövsiyə edib.
Pandemiya dövründə tətbiqi müvəqqəti dayandırılmış rəqabət şərtləri 6 ay gecikmə ilə 30 iyundan etibarən tam şəkildə tətbiq ediləcək.
Komissiyanın qərarında göstərilir ki, ölkələr iqtisadi inkişafa kömək etməklə yanaşı xammal asılılığını da aradan qaldırmağa çalışmalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər